Haqqımızda

Müştəri üçün fərdi tikinti və dizaynın ən sadə prosessinin təmin edilməsi “Maqnoliya-99” MMC-nin nəzdində yaradılmış “VIMS Group Design & Construction ” nın əsas vəzifəsidir. Bizim üçün dizayn, yeni və daha yaxşı reallıq yaratmaq üçün vasitədir.

“VIMS Group Design & Construction ” şirkətinin əsas fəaliyyət istiqamətləri:

  • İnteryer dizayn xidmətləri
  • Eksteryer dizayn xidmətləri
  • Landşaft dizaynı
  • Layihələndirmə və sənədləşdirmə
  • Layihə qiymətləndirilməsinin işlənməsi və hazırlanması
  • Təmir və tikinti işlərinin aparılması
  • Təmir və tikinti işinin bütün mərhələlərində idarə edilməsi
  • Dekor işlərinin aparılması
  • Memarlıq obyektlərinin işıqlandırılması
  • Fasad memarlıq elementlərinin dizaynı.

Öz təcrübəsi, toplanmış bilik və müasir texnologiyaların tətbiqi sayəsində “VIMS Group Design & Construction ” tikinti və dizayn işlərinə ən əlverişli təkliflər təqdim edir. Biz iş və materialların ən yüksək keyfiyyətinə, tikinti qaydalarına, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün işin minimum başlanğıc və bitirilmə müddətinə ciddi riayət olunmasına zəmanət veririk. Tərəfimizdən görülmüş bütün işlərə 1 il zəmanət verilir.

Bizim üçün müştərilərimiz və nüfuzumuz dəyərlidir, buna görə də biz öhdəliklərimizi mütəmadi olaraq yerinə yetiririk, işin keyfiyyəti və icra müddəti üçün tam məsuliyyət daşıyırıq. Şirkətin heyəti ən yaxşı mütəxəssislərdən - inşaatçılardan, memarlardan, dizaynerlərdən ibarətdir.

Biz ən yaxşı materiallarla işləyirik və müqaviləyə uyğun olaraq işlərimizi yerinə yetiririk və həyata keçiriləcək layihə üçün məsuliyyət daşıyırıq. Şirkətin fəaliyyətinin məqsədi müştərilərin məqbul tələb və gözləntilərinə cavab verməkdir.

Əsas prinsiplərimiz dürüstlük və şəffaflıqdır. "VIMS Group Design & Construction" müştəri ilə ünsiyyət qurarkən bu prinsiplərə riayət edir. İstədiyiniz zaman şirkətin portfoliosuna və ya şəxsən özünüz hazır obyektlərə baxaraq bizim iş nümunələri ilə tanış ola bilərsiniz. Bu, işimizin keyfiyyətini vizual şəkildə qiymətləndirməyə imkan verir.

Məqsəd:

  • İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlərə layihələndirmə, tikinti və dizaynı, tikinti layihələrinin idarə olunması sahələrində geniş xidmətlər göstərməkdir
  • Şirkətin fəaliyyətinin uzunmüddətli perspektivlərini təmin etmək
  • Müştərilərimizin tələblərinə cavab verən dizayn, layihələndirilmə, tikinti, müasir daşınmaz əmlakın həyata keçirilməsi kimi bir çox işin görülməsi sayəsində rəqabət üstünlüyünə nail olmaq
  • Qabaqcıl texnologiyalar və müasir tikinti materiallarını tətbiq edərək, daim görülən işlərin keyfiyyət səviyyəsini artırmaq.

Missiyamız:

Bizim missiyamız vaxta və hüquqlara hörmət edərək, layihələrimiz və müştəri məmnuniyyətini ən yüksək səviyyəyə qaldırmaqdır.

Lisenziya:

"İN/L-464/2018" qeydiyyat nömrəli lisenziya, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən "Maqnoliya 99" MMC-yə Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma işlərini həyata keçirməyə icazə verir.